Qazaxıstan xarici vətəndaşlara yeni vergi TƏTBİQ ETDİbackend

Qazaxıstan xarici vətəndaşlara yeni vergi TƏTBİQ ETDİ

Yanvar ayından Qazaxıstan hökuməti xarici vətəndaşlar üçün Bed Tax (mehmanxana haqqı) tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev bildirib.

“İlin əvvəlindən oteldə qalan hər bir xarici turistdən Bed Tax tutulacaq. Yığılan vəsait yerli büdcəyə daxil olacaq. Artıq 30-dan çox şəhər və rayon öz tariflərini təsdiqləyib”, – o deyib.

Nazir müavininin sözlərinə görə, yerli nümayəndəlik orqanı tərəfindən təsdiq edilən turist vergisinin dərəcəsi mehmanxana nömrəsinin dəyərinin ən azı 1 faizini təşkil etməlidir.

“Proqnozlara görə, 2023-cü ilin sonuna kimi regionlarda ən azı 2,5 milyard tenge (5,4 milyon dollar) yığılacaq. Regionlar turizmin inkişafı, tədbirlərin keçirilməsi, infrastrukturun qurulması üçün alternativ maliyyə mənbəyinə malik olacaqlar”, – deyə Yerkinbayev bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*