Qazaxıstanda Birinci Prezident Günü qeyd olunurbackend

Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda Respublikanın Birinci Prezidenti Günü qeyd edilir.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yeni dövlət bayramı ölkədə 2012-ci ildən qeyd olunur.

Bayram Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin respublika qarşısında xidmətlərini qeyd etmək və tanımaq üçün təsis olunub.

Nazarbayev Qazaxıstana demək olar, 30 il başçılıq edib. O, bu il martın 20-də dövlət başçısının səlahiyyətlərini təhvil verib. Senatın keçmiş spikeri Kasım-Jomart Tokayev ölkənin yeni prezidenti olub.

Nazarbayev Təhlükəsizlik Şurasının başçısı və hakimiyyət partiyasının lideri vəzifələrində qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*