Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən mənimsəmədə şübhəli bilinərək saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.
Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
