backend

Qazaxıstanda rayon məhkəməsinin sədri rüşvətə görə tutuldu - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Almatıdakı Antikorrupsiya Xidməti Qazaxıstan Ali Məhkəməsinin daxili təhlükəsizlik və korrupsiyanın qarşısının alınması şöbəsi ilə birlikdə rüşvət almaqda şübhəli bilinən Almatının Bostandık Rayon Məhkəməsinin sədrini ifşa edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, məhkəmə katibinin vasitəçiliyi ilə borclu vətəndaşdan alınan rüşvət məhkəmə sədrinə verilib. Rüşvəti almaqda məqsəd borclunun Qazaxıstanı tərk etməsinə rəsmi icazənin verilməsi olub. .

Şübhəli şəxsin günahkarlıq dərəcəsinə dair son qərarı məhkəmə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*