Qazaxıstanda Rusiya universitetlərinin filialları açılacaq – Tokayev QƏRAR VERDİbackend

Qazaxıstanda Rusiya universitetlərinin filialları açılacaq - Tokayev QƏRAR VERDİ

“Qazaxıstanda yaxın gələcəkdə Rusiyanın qabaqcıl texniki universitetlərinin filiallarını açmaq niyyətindədirlər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev bildirib. O, hansı təhsil müəssisələrindən söhbət getdiyini açıqlamayıb. Tokayev hökumətə 2025-ci ilə qədər ölkədə ən azı beş nüfuzlu beynəlxalq universitetin filiallarını açmağı tapşırıb.

Qazaxıstan prezidenti öz təşəbbüsünü parlamentin aşağı palatasında çıxışı zamanı təqdim edib: “Son vaxtlar Qazaxıstanda aparıcı xarici universitetlərin filialları açılmağa başlayıb. Yaxın gələcəkdə Rusiyadakı aparıcı texniki universitetlərin filiallarının açılması planlaşdırılır” – deyə Tokayev vurğulayıb.

Qeyd edək ki, Tokayev dekabrın 28-də Vladimir Putinlə görüşdə Qazaxıstanda texniki mütəxəssislərə ehtiyac olmasından danışıb. Bu görüşün nəticəsi olaraq iki ölkənin müvafiq qurumları Qazaxıstanda Rusiya universitetlərinin filiallarının sayını artırmaq barədə razılığa gəliblər. Qazaxıstanın təhsil və elm nazirinin müavini Kuanış Erqaliev ötən ilin sonunda Moskvaya səfər edib və Moskva Fizika və Texnologiya İnstitutunun, eləcə də Lomonosov adına Moskva Dövlət Universitetinin rəhbərliyi ilə görüşüb. Qazaxıstan Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən açıqlanan məlumata görə, Moskva Dövlət Universitetinin filialı Nur-Sultanda 20 il əvvəl açılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Garachanta
    Yanvar 11, 2022 - 12:59

    rusiya universitetlərinin əvəzinə Türkiyə ODT İTU Bilkent Koç universitetlərinin filialları niyə açılmır….rus filialları manqurt yetişdirirlər….həyat isbat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*