“Qarabağ erməninin olub və olacaq”.
KONKRET.az xəbər verir ki, bunu bu gün İrəvanda Avronest Parlament Assambleyasının iclasında “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan çıxışında deyib. O, bütün qonaqları salamlayaraq, “siz bura xoş niyyətlə gəlmisiniz, cavab eyni olacaq, pis niyyətlə gələnlər silinən ölkələr olur” – deyib.
Daha sonra o, üzünü Azərbaycan nümayəndələrinə tutub:
“Mən təəccüblənirəm ki, Azərbaycan və Türkiyənin etdiklərindən sonra Avropa ölkələrindən heç bir sanksiya gəlməyib.
Bu gün Ermənistan da ən ciddi problemlə – populizmlə üzləşib, lakin bu, asanlıqla həll olunan məsələdir.
Azərbaycanlı həmkarlarımıza müraciət edərək bildirmək istəyirəm ki, biz hamımız populist deyilik, bunu unutmayın, Qarabağ erməninin olub və olacaq”, – deyə Qazinyan çərənləyib.
P.S. Görünən odur ki, erməni deputatın sayıqlamaları Ermənistana yaxşı heç nə vəd etmir. Azərbaycan sülh əlini uzatmaqda davam edir, lakin bir gün bu əl “Dəmir yumruğ”a çevrilib ermənilərin başına dəyəcək.
Xuraman Etibarlı,
KONKRET.az
