Qəbələdə maşınla vurulan piyada ÖLDÜbackend

Qəbələdə maşınla vurulan piyada ÖLDÜ

Qəbələdə 62 yaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, mayın 17-si axşam saatlarında şəhər ərazisində Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən orada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*