Qəbiristanlıq turizm yerinə çevrilib – FOTObackend

Qəbiristanlıq turizm yerinə çevrilib - FOTO

KONKRET.az-ın Şərqi Avropa ölkələri üzrə bürosu xəbər verir ki, Belarusun Antonova küçəsindəki Qrodno nekropolu öyrənilməyə davam edir. Tədqiqatın bu mərhələdəki əsas məqsədi bu günə qədər qalan bütün dəfn yerlərinin tam və dəqiq bir qeydini tərtib etməkdir. Xatırladaq ki, bu yay onlardan 10-u tarixi və mədəni dəyərlər siyahısına daxil edilib.

Qeyd edək ki, Qrodno nekropolu şəhərin ən populyar 10 turizm yerindən biridir. Çünki burada Qrodnonun özündən daha maraqlı memarlıq formaları ilə tanış ola bilərsiniz. Məsələn, romantizm, eklektizm, konstruktivizm üslubunda qəbir daşları var. Vaxtilə varlı Qrodno sakinləri yerli abidələri Avropanın ən məşhur ustalarından sifariş ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*