Qəfəsdən qaçan ayı uçuşun gecikməsinə SƏBƏB OLDUbackend

Qəfəsdən qaçan ayı uçuşun gecikməsinə SƏBƏB OLDU

Dubayda İraq təyyarəsinin yük yerindəki qəfəsdən qaçan ayı reysin gecikməsinə səbəb olub və bu, sərnişinləri qəzəbləndirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Baş naziri Məhəmməd əl-Sudani hadisə barədə araşdırma aparılmasına göstəriş verib.

İraq Hava Yolları ayının qaçmasına görə məsuliyyət daşımadıqlarını, uçuş heyətinin ayını evtanaziya etmək və təyyarədən çıxarmaq üçün mütəxəssislər göndərən Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə əməkdaşlıq etdiyini bildirib.

Aviaşirkət qeyd edib ki, ayının daşınması proseduru qanunvericiliyə, eləcə də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təsdiq etdiyi prosedur və standartlara uyğun həyata keçirilib.

Ayının iraqlı iş adamı üçün aparıldığı deyilir.

Qeyd edək ki, son zamanlar ölkədə, xüsusən də Bağdadda vəhşi heyvan saxlamaq zənginlər arasında çox populyarlaşıb. Eyni zamanda, İraq hökuməti heyvanların mühafizəsi ilə bağlı qanuni müddəaları yerinə yetirməyə çalışır.

İqbal Rzayev,

KONKRET

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*