Qərar: İki vəkilin fəaliyyəti dayandırıldı, ikisi isə…backend

Qərar: İki vəkilin fəaliyyəti dayandırıldı, ikisi isə...

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan dörd vəkilin isə fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin məktubuna, habelə “ULBS” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, hakimliyə qəbulla bağlı tədrisə cəlb olunan vəkillərin müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, o cümlədən öz istəkləri ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 irad, 2 vəkilə isə xəbərdarlıq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*