Qərargah: Daha iki azərbaycanlıda koronavirus aşkarlandıbackend

Qərargah: Daha iki azərbaycanlıda koronavirus aşkarlandı

İran İslam Respublikasından qayıdan 1966 və 1978 -ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə KONKRET.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan  pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Operativ Qərargahdan bildirilib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*