Arakelyan: “Qərb Ermənistana deyil, Azərbaycana investisiya yatırır”backend

Arakelyan: “Qərb Ermənistana deyil, Azərbaycana investisiya yatırır”

“Hakimiyyət tərəfindən aparılan iqtisadi siyasət iqtisadi sahədə ciddi nəticələr vermir. Ona görə də Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız qalmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Ölkə üçün həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan öz Facebook səhifəsində yazıb.

“Görünən odur ki, hakimiyyətin qərbyönlü siyasəti ilə belə Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız olaraq qalmaqda davam edir. Ermənistanda hər il həyata keçirilən birbaşa xarici investisiyaların ümumi həcmi bir ciddi Qərb şirkətinin investisiyalarının həcminə belə çatmır.

Əslində hakimiyyətin apardığı iqtisadi siyasət iqtisadi sahədə ciddi nailiyyətlərə səbəb olmur. Maraqlıdır ki, Qərb dövlətləri Azərbaycana fəal şəkildə sərmayə yatırmaqda davam edir.

Xarici investisiyalar uzun müddətdir ki, beynəlxalq münasibətlərin tərkib hissəsi olub və Ermənistan tərəfindən qeydə alınan göstəricilər onu göstərir ki, hakimiyyət heç bir sahədə beynəlxalq tərəfdaşlarla yüksək keyfiyyətli əlaqələr qura bilmir”, – Arakelyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*