Qərb niyə Ukrayna müharibəsinin uzanmasını istəyir? – Patruşev şok səbəbi açıqladıbackend

Qərb niyə Ukrayna müharibəsinin uzanmasını istəyir? - Patruşev şok səbəbi açıqladı 

“Qərb Ukraynadakı münaqişənin uzanmasında maraqlıdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Qərb ölkələri Ukrayna ərazisində münaqişənin uzanmasında maraqlıdır, çünki bu, onların hərbi-sənaye kompleksinə faydalı təsir göstərir. Müharibə fonunda Amerikanın müdafiə sənayesinin gəlirlərinin artım tempi ən yüksək həddə çatıb. Avropa ölkələrinin müdafiə sənayesi də onlardan geri qalmır. Qərb ölkələri açıq şəkildə hərbi əməliyyatların uzadılmasında maraqlıdırlar”, – deyə Patruşev vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*