“Əlbəttə, Paşinyana qarşı inamsızlıq var, çünki Avropada axmaq siyasətçi yoxdur və onlar çox yaxşı başa düşürlər ki, Ermənistan tam olaraq anti-Rusiya yolu ilə gedə bilməz. Avropada çox yaxşı başa düşürlər ki, Ermənistan üzvi şəkildə Rusiyadan asılıdır və Aİİ-dən çıxmaqla Ermənistan iqtisadi iflasa uğrayacaq, ictimai-siyasi böhran yaradacaq və onların heç bir planı həyata keçirilə bilməz”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Pressinq” proqramında enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan bildirib.
Onun sözlərinə görə, Avropa da çox gözəl anlayır ki, Ermənistan hakimiyyəti sırf öz gücünü saxlamaq üçün manevr edir.
“Ermənistan Aİİ-dən çıxdığını və 102-ci Rusiya hərbi bazasının çıxarılmasını elan edərsə, bu, onlar üçün fəlakət olacaq. Yəni iqtisadi və siyasi komponent nəzərə alınmalıdır. Bəli, Qərb Paşinyanın göz yaşlarına inanmır. Orada başa düşürlər ki, Paşinyan müəyyən qırmızı xətlərə qədər anti-Rusiyadır”, – deyə Vahe Davtyan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazı tərk etmək fikrində deyil.
Natiq Səlim,
KONKRET.az
