Qərb Ukraynada müharibəyə son qoymaq planı HAZIRLAYIRbackend

Qərb Ukraynada müharibəyə son qoymaq planı HAZIRLAYIR

Qərb Ukraynada müharibəyə son qoymaq planı hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Söhbət sülh yolu ilə nizamlanma planının təxmini parametrlərinin müəyyən edilməsindən gedir.
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında ABŞ, Aİ və Böyük Britaniya nümayəndələri Ukraynada müharibəyə danışıqlar yolu ilə son qoymaq planını müzakirə etmək üçün müntəzəm olaraq görüşməyə başlayıblar.

CNN-in məlumatına görə, Ukrayna bu müzakirələrdə birbaşa iştirak etmir.

Söhbət Ukraynaya gələcək müzakirə üçün təklif oluna biləcək sülh planının təxmini parametrlərinin müəyyən edilməsindən gedir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Türkiyə danışıqlarda vasitəçi rolunu öz üzərinə götürüb və martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünü təşkil edib. Lakin Buçada işğalçıların hərbi cinayətləri məlum olduqdan sonra danışıqlar dondurulub.

Aprelin 28-də Ərdoğan Putinlə telefonla danışıb və Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə danışıqları bərpa etməyi tövsiyə edib.

Aprelin sonunda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Zelenski və Putin yaxın gələcəkdə şəxsən görüşə bilərlər. Ancaq görüş heç vaxt baş tutmayıb.

Həmçinin, Türkiyə hakimiyyəti işğalçılar onları mühasirədə saxlayaraq dağıdıcı bombardmanlar həyata keçirərkən Mariupoldakı Azovstaldan ukraynalı müdafiəçilərin dəniz yolu ilə təhlükəsiz təxliyəsini təklif edib.

2022-ci il mayın 18-də Ukrayna Prezidentinin Ofisi bəyan edib ki, Rusiya “hərbi qələbələr” illüziyası ilə yaşayır və bu, onunla danışıqları qeyri-mümkün edir.

Mayın 19-da Ukrayna diplomatik danışıqların yalnız Zelenskinin göstərişi ilə bərpa olunacağını açıqlayıb.

24 may 2022-ci ildə Zelenski Rusiya Federasiyası ilə danışıqlara qayıtmaq şərtini bildirib.

Mayın 29-da Ərdoğan Zelenski və Putinlə ayrı-ayrılıqda danışıqlar aparacağını açıqlayıb.

Həmin gün, mayın 29-da Ukrayna Putinlə danışıqlarla bağlı Ərdoğana cavab verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*