Qətər DÇ-2022 bitdikdən sonra Portuqaliyanı qara siyahıya salacaqbackend

Qətər DÇ-2022 bitdikdən sonra Portuqaliyanı qara siyahıya salacaq

Qətər hakimiyyəti Portuqaliya prezidenti Marselo Rebelo de Souza və baş nazir Antonio Koştanın tənqidi bəyanatlarına görə, dünya çempionatı başa çatdıqdan dərhal sonra bu ölkəni qara siyahıya salacaq.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Sol nəşri yayıb.

Mənbə yazır ki, Qətər Danimarka, Almaniya və Fransa liderlərinin tənqidindən də narazı qalıb.

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino bundan əvvəl Dünya Çempionatının obyektlərinin tikintisində miqrant işçilərlə rəftarına görə tənqid etdiyi üçün avropalıları ikili standartlarda ittiham etmiş, həmçinin Qərb nümayəndələrini Asiyada əxlaqi prinsiplərin olmaması barədə danışmağı dayandırmağa çağırmışdı.

“Düşünürəm ki, biz avropalılar əxlaqdan danışmağa başlamazdan əvvəl, son üç min ildə onlara etdiklərimizə görə dünyadan üzr istəməliyik”, – FİFA rəhbəri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*