Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb olundu – VİDEObackend

Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb olundu - VİDEO

Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü Dövlət Yol Polisi tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən KONKRET.az-a bildirilib ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olub.

Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyənləşdirilib və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*