Tovuzda ağır yol qəzasında xəsarət alan şəxs müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bir neçə gün öncə Tovuz rayon Əlimərdanlı kəndində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 2008-ci il təvəllüdlü Elmin Tağıyev müalicə aldığı xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq vəfat edib.
Bununla da, yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb. Faktla bağlı araşdırma aparılır.