Qəzaya uğrayan hərbi təyyarədə üçüncü ekipaj üzvü öldübackend

Qəzaya uğrayan hərbi təyyarədə üçüncü ekipaj üzvü öldü

Rusiyanın Stavropol diyarında Tu-22M3 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində üçüncü ekipaj üzvü həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladimir Vladimirov məlumat verib.

“Təəssüf ki, üçüncü ekipaj üzvü öldü. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Dördüncü pilotun axtarışı davam edir”, – deyə başçı öz Telegram kanalında yazıb.

Qeyd edək ki, qubernator iki pilotun sağ tapıldığı barədə məlumat vermişdi. Hazırda ekipaj üzvləri xəstəxanadadır və onlara bütün lazımi yardım göstərilir.

Xatırladaq ki, təyyarə Krasnoqvardeyski rayonu ərazisində əkin sahəsinə düşüb. İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*