Qəzaya uğrayan təyyarəmizə mahnı yazıldı – VİDEObackend

Qəzaya uğrayan təyyarəmizə mahnı yazıldı - VİDEO

Ötən ilin 25 dekabrında xarici müdaxilə səbəbindən Aktauya qəza enişi edən Azərbaycana məxsus təyyarəyə qardaş Qazaxıstan Respublikasında mahnı bəstələnib.

KONKRET.az xəbər verir ki, bu barədə qazax jurnalist Nəziya Joyamerqenkızı sosial şəbəkə hesabında paylaşım edib.

“TƏKCƏ QAZAXSTAN DEDİ:
“SƏN TƏK DEYİLSƏN…” adlanan mahnının müəllifi və ifaçısı Katalindir.

Rusca oxunan mahnı olduqca təsirlidir və şəhidlərimizin xatirəsinə ağı təsiri bağışlamaqla yanaşı, Qazaxıstan-Azərbaycan qardaşlığının bu sınaqdan da çıxdığını hər misrasında əks etdirir. Jurnalist Nəziya Joyamerqenkızının ürək sözləri də çox təsirlidir: “Çox heyif ki, Qazaxla Azərbaycan arasında olan qardaşlıq və dostluq faciədə və təyyarə qəzasında öz əksini tapdı. Amma Aktauda yanan təyyarədən insanları xilas etməyə çalışan, yaralıları xəstəxanaya çatdırmağa tələsən, qan vermək üçün axın edən qardaşlarıma minlərlə təşəkkür. Sözlərə qulaq asaraq göz yaşlarımı buraxıram. Qırılmış ümidlər, əsaslanmış talelər… Sözlərə qulaq asıb ağladım, göz yaşlarıma hakim ola bilmədim… Qardaşlıq belə olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbr diləyirəm..”
https://www.facebook.com/1431201410/videos/644262814590488/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*