Qırğız deputat Qazaxıstan sərhədində itkin düşdübackend

Qırğız deputat Qazaxıstan sərhədində itkin düşdü

Qırğızıstan parlamentinin deputatı Emil Jamqırçıyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən Qazaxıstan sərhədində saxlanılıb. Başqa bir deputat Çingiz Aydarbekov isə itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin deputatı Elvira Surabaldiyeva Tvitter səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, hər iki deputat dəfn mərasiminə yollanıblar. Qazaxıstanla sərhəddəki “Ak Jol” sərhəd buraxılış mənqəqəsində məlum olub ki, Jamqırçıyevin ölkədən çıxışına qadağa var. Surabaldiyeva bildirib ki, deputat Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan bir müddət sonra buraxılıb:

“Amma Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən əlaqə saxlamır. Dövlət Milli Təhlükəsizlik Komitəsi isə susur”.

Qeyd edək ki, Çingiz Aydarbekov Qırğızıstan-Özbəkistan sərhədi haqqında saziş layihəsi üzrə parlament komitəsinin qərarını imzalamaqdan imtina etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*