Qırğızıstan prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyada işgüzar səfərdə olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.
Japarov Kazanda keçiriləcək “Gələcəyin oyunları” beynəlxalq çoxnövlü idman turnirinin açılış mərasimində iştirak edəcək.
“Tədbir çərçivəsində Sadır Japarovun Vladimir Putin və Tatarıstan rəhbəri Rüstəm Minnixanovla ikitərəfli görüşləri keçiriləcək. Tərəflər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı müzakirə edəcəklər”, – Azimbakiyev bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
