Qırğızıstan Tacikistanın KTMT-dən çıxarılması məsələsini İRƏLİ SÜRDÜbackend

Qırğızıstan Tacikistanın KTMT-dən çıxarılması məsələsini İRƏLİ SÜRDÜ

Qırğızıstan Tacikistanın KTMT-dən çıxarılması məsələsini irəli sürüb.

KONKRET.az xəbər verir ki, bunu dünən Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib. Qırğızıstan Tacikistanın KTMT-dən çıxarılması məsələsinin təşəbbüskarı olub.

“İştirakçı dövlətlər arasında yaranan məsələlər sülh yolu ilə həll edilməlidir. Kim güc tətbiq etməyə cəhd edərsə, onun təşkilatdan çıxarılmasını təklif edirik.

Bu nəyə lazımdır ki, KTMT-yə üzv olasan, xarici təhlükədən qorunmağa çalışasan, amma təşkilat daxilində hansısa ölkə ilə münaqişə yarana? Tərəflərin belə məqamları nəzərdə tutan nizamnaməyə yenidən baxmağının vaxtı çatıb”, – deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Eyni zamanda İmankulov vurğulayıb ki, Qırğızıstan Tacikistan tərəfi ilə danışıqlarda israrlıdır.

“Tacikistan bizim üçün düşmən deyil, dost ölkədir. Biz əsrlər boyu yan-yana yaşamışıq. Tacik xalqının bununla heç bir əlaqəsi yoxdur. Onlar vəziyyətin, gedən siyasətin və siyasətçilərin girovudurlar. Qırğızıstanla bağlı bu siyasətə yenidən baxılmayana qədər yaxşı heç nə olmayacaq, belə münaqişələr təkrarlanacaq”, – deyə Marat İmankulov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində silahlı toqquşmalar başlayıb. Sentyabrın 16-da bütün perimetr boyu aktiv hərəkətlər artıb. Batken bölgəsinin əhalisinin təxliyə olunub.

Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi Tacikistan tərəfinin ağır zirehli texnikalardan, reaktiv yaylım atəş sistemlərindən (MLRS) və aviasiyadan istifadə etməsi barədə məlumat yayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*