Qırğızıstan Türkiyə ilə bu məsələni MÜZAKİRƏ ETDİbackend

Qırğızıstan Türkiyə ilə bu məsələni MÜZAKİRƏ ETDİ

Qırğızıstan Türkiyə ilə vətəndaşların ölkə ərazisində qalma şərtlərinin sadələşdirilməsini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Baş İdarə rəisi Hayrie Nurdan Altuntaş ilə görüşüb. Gözüş zamanı iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri və qalma məsələləri müzakirə olunub. Hər iki dövlət vətəndaşların səyahəti, yaşaması və işlə təmin olunması üçün daxili sənədlər əsasında qarşılıqlı səfərlərin mümkünlüyü müzakirə edib”, – mesajda deyilir.

İclasda Qırğızıstan vətəndaşları üçün Türkiyə ərazisində vizasız rejimin uzadılması imkanları müzakirə edilib.

Qeyd edək ki, hazırda Türkiyə ilə Qırğızıstan arasında sadələşdirilmiş viza rejimi qüvvədədir.

Belə ki, Qırğızıstan vətəndaşları 90 günə qədər Türkiyə ərazisində sərbəst qala bilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*