Qırğızıstan və Özbəkistan bu məsələdə RAZILIĞA GƏLDİbackend

Qırğızıstan və Özbəkistan bu məsələdə RAZILIĞA GƏLDİ

Qırğızıstan və Özbəkistan dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

Məlumata görə, tərəflər iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə də imzalayıblar.

Qırğızıstan rəhbəri vurğulayıb ki, Özbəkistanla əməkdaşlıq ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Onun sözlərinə görə, delimitasiyanın başa çatması iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında əsas rol oynayacaq, Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyə töhfə verəcək.

Qeyd edək ki, Özbəkistanla sərhədin delimitasiyası və demarkasiyası haqqında saziş layihəsi ötən ilin oktyabrında Qırğızıstan parlamentinin müdafiə komitəsi tərəfindən təsdiqlənib.

Qanuna əsasən, Qırğızıstan sahəsi 4,5 min hektara yaxın olan Kempir-Abad su anbarının altındakı torpaqları Özbəkistana verir və 19,7 min hektar başqa torpaq sahəsi alır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*