Qış gəlmədən dərd gəldi: Bakı iflic duruma düşdü – NƏ BAŞ VERİR?backend

Qış gəlmədən dərd gəldi: Bakı iflic duruma düşdü - NƏ BAŞ VERİR?

Bakıda ötən gün səhər saatlarında başlayan güclü yağışlar şəhər həyatına ciddi təsir göstərib. Normadan artıq düşən yağıntı xüsusilə tunellərdə nəqliyyat hərəkətini çətinləşdirib və bir çox yerdə tıxacların yaranmasına səbəb olub. 

KONKRET.az xəbər verir ki, axşam saatlarından etibarən davam edən yağış nəticəsində bəzi yollar su altında qalıb, nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, mümkünsüzləşib. Şəhərin mərkəzi küçələri, eləcə də əsas yolları iflic vəziyyətə düşüb, sakinlər işə və evə gedərkən böyük çətinliklərlə üzləşiblər. Yağıntıların təsiri altında qalan şəhərdə fövqəladə hallar xidməti gücləndirilmiş iş rejiminə keçib, hadisənin miqyasını azaltmağa çalışıblar.

Bəs, bu cür problemlərin yaranmasında hansı faktorlar rol oynayır? Çıxış yolu nədir?

Sözügedən məsələ ilə əlaqədar Ajans.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bütün məsələlərin kökü infrastruktura dayanır:

“Yəni infrastrukturun bərbad vəziyyətdə olması müəyyən problemləri özündə ehtiva edir. Xüsusilə də Bakı şəhərinin bu günki infrastrukturu illər öncə sovetin vaxtında qurulandır. Bütün drenaj sistemləri, yağış-su kollektorları və s. hamsı dəyişib yenilənməlidir. Bu da böyük bir investisiya deməkdir. Bundan əlavə, yeni yaşayış kompleksləri, binalar və məhlələr nəyə bağlanır? Bir infrastruktura. Ona görə də xüsusən inkişaf etmiş və etməkdə olan ölkələrdə yağış  sularının idarə olunması üçün hidroenerji qurğularından faydalanırlar. Məsələn, yağış sularının bir məntəqəyə toplanıb sonra suvarma və ya texniki su kimi istifadəsini nümunə çəkə bilərik. Düzdür, Bakı şəhərində dəniz var və dəniz buna imkan vermir. Amma heç ehtiyacımız da yoxdur. Çünki milyonlarla kub metr su ehtiyatlarımız var. Lakin hər ehtimala qarşı, yağış sularının idarə olunması, xüsusən barmaqcıqların və idarə olunan sistemlərin dənizə axıdılması, həmçinin dənizin də su ehtiyatına tələbat var. Bunların hamısı atılması gərəkən vacib addımlardır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*