Qızıl niyə ucuzlaşır?backend

Qızıl niyə ucuzlaşır?

Qızılın qiyməti ABŞ-da inflyasiya riskləri və Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətinin gələcək istiqaməti ilə bağlı gözləntilər fonunda geriləyib.

KONKRET.az bakupost.az-a sitinadla xəbər verir ki, spot qızılın bir unsiyası 0,3 faiz ucuzlaşaraq 4 366,64 dollara düşüb. Gün ərzində qiymət 4 360 dollar səviyyəsindən də aşağı enib.

İnvestorlar FES rəsmilərinin faiz siyasəti ilə bağlı açıqlamalarını və ABŞ-da inflyasiyanın gedişini izləyirlər. Minneapolis FES rəhbəri Neel Kaşkari inflyasiyanın hələ də yüksək olduğunu və qiymət təzyiqlərinin yalnız neft qiymətləri ilə bağlı olmadığını bildirib.

Digər tərəfdən, ABŞ-İran münasibətləri və neft bazarındakı vəziyyət də qiymətli metala təsir edən amillər sırasında qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*