Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı “Qırmızı Kitaba” düşən müxtəlif növ çöl quşu aşkarlanıb.
Faktlarla bağıı araşdırma aparılır.
