Qızları aldadıb Dubaya aparan qadın HƏBS EDİLDİbackend

Qızları aldadıb Dubaya aparan qadın HƏBS EDİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Elnarə Zamanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Zamanova məhkəmə zalından həbs olunub.

İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına – 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə, o, qadınları aldadıb və onlar cinsi istismara məruz qalıb.

50 yaşlı E.Zamanova bir müddət əvvəl saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri,  iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*