Qlazqoda Ermənistan prezidenti “Armen Paşinyan” adlandırıldı – VİDEObackend

Qlazqoda Ermənistan prezidenti “Armen Paşinyan” adlandırıldı - VİDEO

Qlazqoda Ermənistan prezidenti “Armen Paşinyan” adlandırılıb.

KONKRET.az xəbər verir ki, noyabrın 2-də Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən 26-cı İqlim Dəyişikliyi sammitinin ikinci günündə forumda iştirak edən ölkələrin prezidentləri və baş nazirləri çıxış ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan da çıxış edib. Lakin o, podiuma çatmamış komik epizod baş verib.

Ermənistan prezidentini təmsil edən sammitin moderatoru onu “Armen Paşinyan” adlandırıb. Prezident kürsüyə yaxınlaşaraq adının Sarkisyan olduğunu bildirərək bu səhvi düzəldib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*