Neftin qiymətinin aşağı düşməsi məntiqlə benzinə də təsir göstərməlidir. Türkiyə hökuməti məhz bu fikirdədir.
KONKRET.az xəbər verir ki, qonşu ölkədə yenə benzinin qiymətini aşağı salıblar. İstanbulda yanacağı daha 25 kuruş (7 qəpik) ucuzlaşdırıblar.
Son bir həftədə Türkiyədə üçüncü dəfədir belə addım atırlar. Martın 10-da 60, bundan üç gün sonra 51 kuruş ucuzlaşma olmuşdu. İndi İstanbulda benzinin 1 litri 5,29 lirəyə (1,42 manat) satılır.
İndi dünya bazarında “Brent” markalı neftin 1 bareli 30 dollardan ucuz qiymətləndirilir. Gün ərzində ən aşağı göstərici 29,23 dollar olub.
