“Ümid edirik ki, Azərbaycan tərəfi bu iki şəxsi dərhal azad edəcək” – İran XİNbackend

"Ümid edirik ki, Azərbaycan tərəfi bu iki şəxsi dərhal azad edəcək" - İran XİN

‘İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir.”

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.

Onun sözlərinə görə, regional əməkdaşlıq sülhün və sabitliyin əsasını təşkil edir. “Mövcud proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və bu yeganə çıxış yoludur”, – o vurğulayıb.

Xatibzadə qeyd edib ki, İran üçün qonşu ölkələrin inkişafı çox vacibdir. “Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıqla nail oluna bilər”, – o əlavə edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı iranlı sürücülərin Azərbaycan tərəfindən saxlanılması probleminə də toxunub. “Ölkəmizin səfirliyi vəziyyəti izləyir və ümid edir ki, Azərbaycan Respublikası bu iki şəxsi dərhal azad edəcək və marşrutlarını davam etdirmələrinə icazə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*