Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Yefim Abramov vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Y. Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu bitirib.
1980-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib. Müxtəlif janrlı bədii filmlər (“Qorxma, mən səninləyəm” (1981) – rejissor, “Əzablı yollar” (1982) ikinci rejissor, “Qocalar, qocalar” (1982) – rejissor (Elxan Qasımovla birgə), “Araqarışdıran” (1987) – rejissor, ssenari müəllifi, “Lətifə” (1989) – rejissor(Nizami Musayevlə birgə) çəkib.
Bundan başqa, rejissor xarici film istehsalçılarının “Verona səması altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

