Qriqoryanın qızına ağır ittiham və 12,5 min dollarlıq girov…backend

Qriqoryanın qızına ağır ittiham və 12,5 min dollarlıq girov...

Ermənistanın mərhum generalı Manvel Qriqoryanın qızı, hakim Naira Qriqoryana qarşı rəsmi ittiham elan edilib.

KONKRET.az xəbər verir ki, Musavat.com xəbər verir ki, Antikorrupsiya Komitəsi onun barəsində iki maddə üzrə cinayət işi açıldığını bildirib. Qriqoryan vəzifə səlahiyyətlərindən sui-istifadədə (Ermənistan CM 441-ci maddə) və qərəzli, ədalətsiz məhkəmə qərarı çıxarmaqda (CM 482-ci maddə) ittiham olunur.

Eyni zamanda Qriqoryan barəsində qətimkan tədbiri seçilib. O, ölkəni tərk etməmək barədə iltizam verib və 12,5 min dollar məbləğində girov qarşılığında azadlığa buraxılıb. Bildirilir ki, onun hakim kimi səlahiyyətləri artıq əvvəlcədən dayandırılmışdı. İstintaq materiallarında Naira Qriqoryanın dəyəri 100 min dollar olan torpaq sahəsini qohumlarından birinə qanunsuz şəkildə keçirməyə imkan yaradan məhkəmə qərarı çıxardığı qeyd olunur.

İstintaqın əlavə detalları açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*