Atom Enejisi üzrə Beynəlxalq Agentliyin sədri Rafael Qrossi deyib ki, əgər İran dünya birliyində hörmət edilən bir ölkə olmaq istəyirsə, bu təşkilatın müfəttişlərindən yan keçmək üçün heç bir yolu yoxdur.
KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, o, “Associated Press”ə müsahibəsində xəbərdarlıq edib ki, ajansın İrandakı müfəttişlərinin üzləşdikləri problemlər Tehranın atom proqramı təhdidinin dünyaya olduqca qeyri-müəyyən bir görüntü təqdim etməsinə səbəb olub. Qrossi habelə vurğulayıb: “Əgər beynəlxalq ictimaiyyət, bizim – Atom Enerjisi üzrə Beynəlxalq Ajansın vasitəsilə İranın nə qədər sentrifuqaya və ya nüvə imkanlarına malik ola biləcəyini aydın şəkildə anlamırsa, bu məsələ olduqca qeyri-müəyyən bir görüntü sərgiləyir”. Xatırladaq ki, dünən səhər İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami jurnalistlərin Kərəc atom təsisatında müşahidə kameralarının yerləşdirilməsi ilə bağlı İran və beynəlxalq ajans arasında hansısa razılaşmanın olub-olmaması ilə bağlı suala cavab olaraq iddia edib:
“Kərəc nüvə obyekti və atom anlaşmasında yer alan digər maddələr verilən təminatlara şamil edilmir. Əgər BƏRCAM bir atom anlaşması olsaydı, tərəflərin öhdəlikləri olardı. Onlar öz öhdiliklərinə əməl etmədiyi və İrana qarşı sanksiyalar tətbiq etdiyi zaman öhdəliklərimizin tərkib hissələrinə görə bizə təzyiq göstərilməsi üçün heç bir səbəb yoxdur, biz mühafizə təminatı (padman) və NPT çərçivəsində hərəkət edirik və bundan başqa heç nəyi qəbul etmirik”.
