Qubada 10-a yaxın ev torpaq altında qala bilər – VİDEO + FOTOLARbackend

Qubada 10-a yaxın ev torpaq altında qala bilər - VİDEO + FOTOLAR

Qubanın Küsnətqazma kəndində 10-a yaxın ev torpağın altında qala bilər. Buna səbəb kənddə torpaq sürüşməsinin aktivləşməsidir.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, sakinlər kəndin üst hissəsində aktivləşən sürüşmənin Quba-Xınalıq yolunu da bağlaya biləcəyini deyirlər.  Belə ki, prosesin sürətlənməsi nəticəsində artıq eni 50, uzunluğu isə 200-250 metrdən çox olan sürüşmə sahəsi əmələ gəlib.

Mövcud təhlükə bəzi evlərdə çatların yaranmasına səbəb olub. Buna görə də, bir çox ailə mənzilini tərk etmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı KONKRET TV-yə danışan Qəçriş bələdiyyəsinin sədri Vüqar Kərimov əvvəllər də  bu ərazidə sürüşmə baş verdiyini deyib. O, son zamanlar intensiv yağan yağış və qar sularının təsiri nəticəsində sürüşmənin aktivləşdiyini bildirib.

Qeyd edək ki, əgər sürüşmənin aktivliyi artsa və Quba-Xınalıq yolu bağlansa, bu zaman Qrızdəhnə, Qırız Cek, Əlik, Haput, Bostankeş, Xınalıq, Buduq və Zeyid kəndlərinə gediş-gəliş mümkünsüz olacaq.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*