Qubada tonlarla alma niyə çaya axıdılır? – FOTO / VİDEObackend

Qubada tonlarla alma niyə çaya axıdılır? - FOTO / VİDEO

Qubada fermerlər tonlarla almanı çaya tökürlər.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hazırda Qudyalçay, Ağçay, Qaraçay, Vəlvələçay çaylarının sahili boyunca eyni mənzərəni müşahidə etmək mümkündür. Səbəbsə yayda yığılan məhsulun indiyə qədər satılmaması və tam xarab olmasıdır.

Sahibkarların sözlərinə görə, alverçilər almanın yeşiyini onlardan 1-2 manata almaq istəyirlər ki, bu da maya dəyərindən qat-qat aşağı qiymətdir. Bağbanlar zamanla məhsulu baha qiymətə satmaq arzusu ilə saxlayıblar, nəticədə isə çox qazanmaq əvəzinə, azdan da qalıblar.

Fermerlər almanı Bakı bazarlarına birbaşa satışa çıxarmağın mümkünsüz olduğunu da bildirirlər. Həmçinin, Rusiyaya aparmaq üçün 40 min km yol qət etmək lazımdır ki, bu da xeyli xərc tələb edir.

Qeyd edək ki, bu il Qubanın 15 min hektara yaxın alma sahəsindən 122 min ton məhsul götürülüb. Vəziyyətlə əlaqədar hazırda rayonun Bağbanlı, Amsarqışlaq, Alekseyevka, Zizik, Timirzayev kəndləri və Zərdabi qəsəbəsində yaşayan fermerlər daha çox məhsul itkisi ilə üzləşiblər.

Digər tərəfdən meyvələrini həyətlərində kustar üsulla saxlamaq da onları ziyana salıb. Bağbanlar məhsullarını xüsusi soyuducu anbarlarda saxlamağın da onlar üçün sərfəli olmadığını deyirlər.

Emin Kərimov,
KONKRET.az

  • Turan
    Mart 14, 2022 - 18:06

    Millətin gözündən pərdə asmayın belə videolarla alma əkənlər ağlayır guya alma satılmır ama bazarda alma od tutub yanır 1.80 azn 2.00 azn

  • Garachanta
    Mart 14, 2022 - 20:04

    millətin o qədər yoxsul vətəndaşları var ki, şərəfsizlər!! yoxsullara paylasınız pis olardı? Allaha da xoş olardı, gələn dəfə Allah əvəzini verərdi!! Bu Sizin Şərəfsiz Olmağınızın Ən Möhtəşəm Əlamətidir!! Allahın verdiyi nemətləri çürütmək Günahdır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*