Qubada üzərinə divar uçan şəxs ÖLDÜbackend

Qubada üzərinə divar uçan şəxs ÖLDÜ

Qubada üzərinə divar uçan şəxs ölüb.

KONKRET.az-ın məlumatına görə, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə “Magro Costruction” MMC
tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını
metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*