Qubanın bu küçəsində yollar niyə keçilməzdir? – VİDEObackend

Qubanın bu küçəsində yollar niyə keçilməzdir? - VİDEO

Paytaxta yaxınlığı ilə seçilən və turistlərin ən çox üz tutduğu rayonlardan biri olan Qubanın mərkəzi Cəfər Cabbarlı küçəsinin yoları əməlli-başlı bərbad vəziyyətdədir.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hərəkətin sıxlığı ilə seçilən yol əvvəllər tam təmirli olsa da, bu qışdan sonra acınacaqlı vəziyyətə düşüb. Bu isə avtomobillərin hərəkətində ciddi çətinliklər yaradır.

Yoldan istifadə edən piyadalar da əməlli-başlı çətinliklə üzləşdiklərini bildirirlər. Xüsusən də qış aylarında bu yolun keçilməz olduğunu deyirlər. Ətrafda yaşayan sakinlərin sözlərinə görə, qarın çox yağmasından sonra yolda böyük dəliklər əmələ gəlib və asvalt örtüyü yararsız hala düşüb.

Bundan əlavə adıçəkilən küçədə Quba Dövlət Sosial İqtisadi Kollelecinin yerləşməsi və tələbələrin hər gün bərbad vəziyyətdə olan bu yoldan istifadə etməsi onların qayğılarını daha da artırır.

Məsələ ilə bağlı Quba  Şəhər İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elvin Hüseynov Konkret TV-yə açıqlamasında bildirib ki, son vaxtlar havaların qarlı və şaxtalı keçməsi bir çox küçələrdə yolları bərbad vəziyyətə salıb.

Qeyd edək ki, bu cür havalarda yolun bərpası işlərini aparmaq mümkün olmadığından havalar istiləşən kimi asvaltlama prosesinə başlanılacaq.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*