Quranı yandıran şəxs kadırovçulara verildibackend

Quranı yandıran şəxs kadırovçulara verildi

Volqoqradda Quranı yandıran gənc saxlanılıb. Rusiya təhlükəsizlik qüvvələri onu kadırovçuların ixtiyarına vermək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, mayın 19-da gənc oğlan Volqoqraddakı məscid kompleksinin ərazisində müqəddəs Qurani-Kərimi yandıraraq, bu prosesi videoya çəkib:

“Video internetdə peyda olandan sonra gənc saxlanılıb və dindirmə zamanı o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl mükafat müqabilində Quranın yandırılmasını təşkil etdiyini etiraf edib. Sonra o, videonu Ukrayna ordusunun zabitinə göndərib. Dindirilmə zamanı gənc Rusiya ordusunun hərbi obyektlərini lentə aldığını da etiraf edib. Ona qarşı müvafiq maddə üzrə cinayət işi açılıb. Bu hadisələr müttəhimin özünün yaşadığı Volqoqradda baş versə də, Rusiya İstintaq Komitəsi bu cinayət işini Çeçenistana ötürmək qərarına gəlib.

Ərazi yurisdiksiyasının dəyişdirilməsi qərarının səbəbi bir sıra əsaslar, xüsusən də Çeçenistan sakinlərinin çoxsaylı müraciətləri olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*