Qurban Yetirmişli: “Zəlzələ 10 saniyədən az çəkib”backend

Qurban Yetirmişli: "Zəlzələ 10 saniyədən az çəkib"

Saat 00:01-də Xəzər dənizində, Azərbaycanın şimal-şərqində zəlzələ baş verdi. Yeraltı təkanlar 5.5 bal gücündə idi. Zəlzələnin maqnitudası dərində olduğu üçün bütün şimal rayonları, eləcə də Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında hiss olundu.

KONKRET.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.

“Təkanın baş verməsi 10 saniyədən az çəkib, qorxulu deyildi. Heç bir fəsad və dağıntı olmayıb. Sosial şəbəkələrdə şayiələr yayılmışdı, insanlar onlara inanmasın. Ancaq rəsmi qurumların məlumatlarına inansınlar”, – Qurban Yetirmişli vurğulayıb.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*