Qusarda istirahət mərkəzində qohumlar ZƏHƏRLƏNDİbackend

Qusarda istirahət mərkəzində qohumlar ZƏHƏRLƏNDİ

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə Qusar rayonunun Caqar kəndində, “Park Qusar” istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər – 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*