Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ötən gün İstanbulda törədilən terror aktını kəskin şəkildə pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında deyilir.
O, həlak olanlara və onların ailələrinə, həmçinin Türkiyə hökumətinə və xalqına başsağlığı verib.
BMT-nin baş katibi xəsarət alanların tezliklə və tam sağalmasını arzulayıb.
