Suriyanın Rakka vilayətinin Tel-Abyad şəhəri yaxınlığında partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl İxbariya” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, bomba quraşdırılmış motosikl partlayıb. Hadisə nəticəsində bir dinc sakin həyatını itirib, bir neçəsi isə yaralanıb.
