Ramil Səfərov: “Üzərimdə böyük haqqı var idi…”backend

Ramil Səfərov: “Üzərimdə böyük haqqı var idi...”

Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vaxtsız vəfatı cəmiyyətdə böyük üzüntüyə səbəb olub.

KONKRET.az xəbər verir ki, Adil İsmayılovu xarakterizə edən həmkarları, ictimai -siyasi xadimlər və sadə vətəndaşlar Azərbaycanın böyük bir ziyalısını itirdiyini deyib. Adil müəllim Azərbaycan cəmiyyətinə həm də Macarıstanda ömürlük həbsə məhkum olan ordumuzun zabiti Ramil Səfərovun vəkili kimi doğmalaşmışdı. Gununsesi.info-ya açıqlamasında Ramil Səfərov da Adil İsmayılov itkisi haqqında danışıb. Onun vaxtsız vəfatından çox üzüldüyünü bildirən zabitimiz onu da qeyd etdi ki, Adil İsmayılovun onun üzərində haqqı böyük olub: “Mənim üzərimdə böyük haqqı var idi. Allah rəhmət etsin”.

Qeyd edək ki, A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*