Ramin qızları xilas etmək istəyərkən boğulubmuş – TƏFƏRRÜATbackend

Ramin qızları xilas etmək istəyərkən boğulubmuş - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda gənc oğlan və yeniyetmə qız dənizdə boğulub.

KONKRET.az xəbər verir ki, faciəvi şəkildə ölənlər 22 yaşlı Ramin Məmmədzadə və 15 yaşlı Aysu Qəhrəmanzadədir.

Məlumata əsasən, A.Qəhrəmanzadə ilə birgə 20 yaşlı xalası qızı Zeynəb Əliyeva da boğulmaq üzrə olub.

Həmin vaxt dənizdə olan Ramin Məmmədzadə köməyə getsə də, yalnız Zeynəbi xilas edə bilib. R.Məmmədzadə və yeniyetmə Aysun boğularaq ölüblər.

R.Məmmədzadənin idmançı olduğu bildirilir.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*