Ramiz Mehdiyev Çingiz Abdullayevə cavab verən alimə yüksək vəzifə verdi – FOTObackend

Ramiz Mehdiyev Çingiz Abdullayevə cavab verən alimə yüksək vəzifə verdi - FOTO

Ramiz Mehdiyev Hacı Zeynalabdin Tağıyev irsinin araşdırmaçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru təyin edib.

Bu barədə KONKRET.az-a AMEA-dakı mənbələrdən məlumat verilib.

Qeyd edək ki, noyabrın 2-də Fərhad Cabbarov xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb” fikrinə reaksiya verərək bu sözləri bildirmişdi: “Yazıçı Çingiz Abdullayevin 1991-1994-cü illər Qarabağ müharibəsi haqqında fikri əslində tarixçilərin çoxdan konseptual mövqe ortaya qoymalarını vacib edir. Birinci Qarabağ müharibəsi 1918-1920-ci illərdə olub və Azərbaycan bu müharibədə qalib gəlib. 1991-1994-cü illərdə II, 2020-ci ildə isə III Qarabağ müharibəsi olub. Tarixi təhrif etməyək və özümüzdən tarix düzəltməyək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*