“Real Madrid” – “Barselona” matçı təkrar keçirilə bilərbackend

“Real Madrid” - “Barselona” matçı təkrar keçirilə bilər

“Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” İspaniya çempionatının “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.

“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, – Laporta bildirib.

Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*