“Real Madrid” müdafiəçisi Xesus Valyexonu icarəyə verib.
KONKRET.az xəbır verir ki, 26 yaşlı ispaniyalı müdafiəçi gələn ilin yayına qədər “Qranada”da çıxış edəcək.
Ötən mövsüm “kral klubu”nda cəmi bir oyuna çıxan Valyexo karyerası ərzində “Saraqosa”, “Ayntraxt”, “Vulverhempton”da icarə əsasında oynayıb.
