Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəldi – YENİLƏNİBbackend

Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəldi - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

13:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Türkiyə prezidenti Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalını ziyarət edəcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*